İdman

Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladılar

Azərbaycanın yeniyetmə cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kubokunu 5 medalla tamamlayıblar.
AZERFAX.AZ xəbər verir ki, yarışın ikinci günündə idmançılarımız bir gümüş və bir bürünc medalla yadda qalıblar.

Oğlanlar arasında 73 kq çəkidə Ayxan Həsənli gümüş medalın sahibi olub. 90 kq çəki dərəcəsində tatamiyə çıxan Səid Hüseynov isə bürünc medala yiyələnib.

Qeyd edək ki, ilk yarış günündə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova və Röyal Qayıbov isə bürünc medal qazanmışdı.

Beləliklə, Avropa Kubokunu 5 medalla (2 gümüş və 3 bürünc) başa vuran millimiz ümumi komanda hesabında 24 ölkə arasında 7-ci yeri tutub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button