İdman
Daha bir güləşçimiz Avropa çempionu oldu

Azərbaycanlı güləşçi Günay Qurbanova İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
AZERFAX.AZ xəbər verir ki, bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn qadın güləşçimiz finalda türkiyəli Sevim Akbaşla qarşılaşıb.
AZERFAX.AZ xəbər verir ki, bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn qadın güləşçimiz finalda türkiyəli Sevim Akbaşla qarşılaşıb.
Həlledici görüşdə həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.
Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U-23 Avropa çempionatının qalibi olub.
Qeyd edək ki, ötən gün 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ayxan Cavadov da Avropa çempionu titulunu qazanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.