İdman

​”Fənərbaxça” əfsanə heyət qurur – Bu ulduz futbolçular gələcək

“Fənərbaxça” Çempionlar Liqasında yarışa biləcək heyət qurur.

AZERFAX.az xəbər verir ki, klub, PSJ-dən icarə əsasında heyətə cəlb etdiyi Milan Skrinyarın transferi üçün danışıqlar aparır. Türkiyə mediasının məlumatına görə, Livakoviç üçün 10 milyon avro və daha yuxarı təkliflərə açıq olan “Fənərbaxça” “Qalatasaray”ın da xidmətində maraqlı olduğu “Lyon”un qapıçısı Lukas Perri üçün hərəkətə keçib. Tərəflərin razılaşma əldə etmək üzrə olduğu irəli sürülür. Mövsümün sonunda “Bavariya”dan ayrılacaq Müllerin MLS-ə gedəcəyi müzakirə olunsa da, futbolçunun Avropada qalmaq istəyinin transferdə həlledici amil ola biləcəyi irəli sürülüb. Məlumata görə, oyunçu Joze Mourinyonun prioritetləri sırasındadır. Dzeko və Tadiçlə yollarını ayırmağı planlaşdıran “Fənərbaxça”, yeni lider olaraq Tomas Müllleri nəzərdən keçirir. “Yuventus”la anlaşa bilməyən Vlahoviç mövsümün sonunda Turin komandasını tərk etmək qərarına gəlib. “Fənərbaxça” ilə də adı hallanan serb futbolçunun prioriteti İngiltərə olsa da, Türkiyəyə transfer olmağa da razılıq verib. “Çelsi”, “Arsenal” və “Barselona”nın da transfer siyahılarında yer alan Vlahoviç üçün “Yuventus”la danışıqlara başlayan “Fənərbaxça”, ulduz hücumçu üçün tələb olunan 80 milyon avroluq transfer haqqını nəzərdən keçirir.

Qeyd edək ki, “Fənərbaxça” Türkiyə çempionu olarsa, Çempionlar Liqasına vəsiqəni birbaşa təmin edəcək. Klub ikinci yeri tutacağı təqdirdə Çempionlar Liqasına vəsiqə qazanmaq üçün seçmə oyunlar oynayacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button