İdman
Ferran Torres dubl etdi, “Barselona” qalib gəldi – video

“Barselona” İspaniya çempionatının 5-ci turunda “Xetafe”ni darmadağın edib. AZERFAX.az xəbər verir ki, kataloniyalılar 3:0 hesabı ilə qalib gəliblər. Ferran Torres iki, Dani Olmo isə bir qola imza atıb. Bu qələbədən sonra “Barselona” La Liqada 13 xalla “Real Madrid”dən 2 xalla ikinci pillədə qərarlaşıb. “Xetafe” (9) səkkizinci yerdədir.
BARSELONA – HETAFE 3:0 (2:0)
Qollar: Torres, 15 (1-0); Torres, 34 (2-0); Olmo, 62 (3-0)