İdman

Həyat yoldaşını hədələdi: Sosial mediada görünsən…

Rusiya millisinin bütün zamanların ən yaxşı bombardiri, “Akron”un 37 yaşlı hücumçusu Artyom Dzyuba həyat yoldaşı Kristinanın sosial media hesablarının olmamasına münasibət bildirib.

2024-cü ilin oktyabrında Dzyuba məşhur “Natal Chart” şousunda qonaq olarkən həyat yoldaşının sosial mediada olmasına qarşı olduğunu etiraf etmişdi.

AZERFAX.AZ xəbər verir ki, Dzyuba “Sport Ekspress” nəşrinə verdiyi müsahibədə yenə də bu məsələ ilə bağlı sualı cavablandırıb:

“Bir daha deyirəm, həyat yoldaşıma heç kim mane olmur. O, yetkindir. Sosial media hesabı olsa, şok olmayacaq. Amma o, hər şeyi özü başa düşür. Əgər nə vaxtsa sosial mediada görünmək qərarına gəlsə, bu onun haqqıdır. Sadəcə sanksiyalar tətbiq olunacaq (gülür).

Related Articles

Bir cavab yazın

Back to top button