Komandamız bu gün tarix yazdı

“Komandamız bu gün tarix yazdı”.
AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, bunu Haitinin futbol üzrə millisinin baş məşqçisi Sebastien Minye Azərbaycan yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri matç barədə danışıb:
“Futbolçularımın çıxışından razı qaldım. Bu yığmamızın ardıcıl 9-cu qələbəsidir. Rəqib komanda da pis təsir bağışlamadı. Azərbaycan seçməsinə qarşıdakı görüşlərdə uğurlar arzu edirəm”.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan Azərbaycan – Haiti görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.