İdman

Ağır məğlubiyyətdən sonra “Real”da yarpaq tökümü gözlənilir.

“Real Madrid” rəhbərliyi Xabi Alonso ilə görüşüb.

AZERFAX.az xəbər verir ki, rəhbərlik Alonsoya klubun transfer siyasətinə tam nəzarət səlahiyyəti verib. Məşqçi transferlərlə bağlı qərar verəcək şəxs olacaq. Buna qədər bu səlahiyyət rəhbərlikdə idi. Həmçinin, “Real” rəhbərliyi Alonsoya klubun bütün heyətinə tam nəzarət səlahiyyəti verib. Məlumata görə, rəhbərlik heyətdə bəzi futbolçularda eqo probleminin olduğunu hesab edir. “Real” rəhbərliyi bu məsələni həll etmək üçün də Alonsoya səlahiyyət verib.

Qeyd edək ki, FİFA klublararası dünya çempionatının yarımfinalında “Real” PSJ-yə 0-4 hesabı ilə məğlub olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button