İdman

Osimhenin yeni klubu açıqlandı

“Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin futbolçusu Viktor Osimhenlə bağlı yeni iddia ortaya atılıb.
AZERFAX.AZ xəbər verir ki, futbolçunun “Əl-Hilal” klubu ilə müqavilə imzaladığı irəli sürülür. “Ər-Riyad” nəşrinin məlumatına görə, Osimhen 3 illik müqaviləyə razılıq verib. Müqavilənin detalları barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl Viktor Osimhenin “Əl-Hilal”da illik 30 milyon avro məvacib əldə edəcəyi barədə iddialar dərc edilmişdi. Viktor Osimhen bu mövsüm “Qalatasaray”da 41 matçda 37 qol və 8 məhsuldar ötürmə ilə çıxış edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button