İdman

Nico Uillyams ümidini itirib

“Athletik Bilbao”nun hücumçusu Nico Uillyams klubla böyük uğur qazanmaq ümidini itirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, həlledici məqam FİFA tərəfindən tətbiq olunan və 2028-ci ilə qədər qüvvədə olacağı deyilən transfer qadağası olub. Uilyamsın ətrafı futbolçunun özünü tələyə düşmüş kimi hiss etdiyini və müqaviləni uzatmaq qərarına görə peşmanlıq yaşadığını iddia edir.

Xatırladaq ki, daha əvvəl ispaniyalı vinger iki dəfə “Barselona”ya keçidi rədd etmiş, bundan sonra isə “Athletik” ilə müqaviləsini daha yaxşı şərtlərlə yeniləmişdi.

Cari mövsümdə 23 yaşlı futbolçu bütün turnirlərdə 26 oyunda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.

Related Articles

Bir cavab yazın

Back to top button