İdman

“Qalatasaray”- ın Çempionlar Liqası sınağı: Daha 5 oyun

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində I turun son 6 oyunu keçiriləcək.

AZERFAX.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Almaniyada “Ayntraxt Frankfurt”un qonağı olacaq.

Azərbaycan çempionu “Qarabağ”ın növbəti rəqibi “Kopenhagen” isə Danimarkada Almaniyanın “Bayer Leverkuzen” klubunu qəbul edəcək. Görüşü azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Qeyd edək ki, II turun oyunları 30 sentyabr – 1 oktyabr tarixlərində təşkil olunacaq.

UEFA Çempionlar Liqası

Əsas mərhələ, I tur

18 sentyabr

20:45. “Brügge” (Belçika) – “Monako” (Fransa)

20:45. “Kopenhagen” (Danimarka) – “Bayer Leverkuzen” (Almaniya)

23:00. “Nyukasl Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya)

23:00. “Sportinq” (Portuqaliya) – “Kayrat” (Qazaxıstan)

23:00. “Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya)

23:00. “Ayntraxt Frankfurt” (Almaniya) – “Qalatasaray” (Türkiyə).

17 sentyabr

“Slaviya” (Çexiya) – “Budo/Qlimt” (Norveç) – 2:2

“Olimpiakos” (Yunanıstan) – “Pafos” (Kipr) – 0:0

“Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) – 3:1

PSJ (Fransa) – “Atalanta” (İtaliya) – 4:0

“Liverpul” (İngiltərə) – “Atletiko Madrid” (İspaniya) – 3:2

“Ayaks” (Niderland) – “İnter” (İtaliya) – 0:2

16 sentyabr

“Benfika” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan) – 2:3

“Atletik Bilbao” (İspaniya) – “Arsenal” (İngiltərə) – 0:2

PSV (Niderland) – “Royal Yunion” (Belçika) – 1:3

“Tottenhem” (İngiltərə) – “Vilyarreal” (İspaniya) – 1:0

“Real Madrid” (İspaniya) – “Marsel” (Fransa) – 2:1

“Yuventus” (İtaliya) – “Borussiya Dortmund” (Almaniya) – 4:4.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button