İdman

“Qalatasaray” ulduz futbolçuya sərvət ödədi

“Qalatasaray”ın futbolçusu Barış Alper Yılmazın klubla yeni müqaviləsinin detalları məlum olub.
AZERFAX.AZ xəbər verir ki, futbolçunun yeni müqaviləsində aldığı məvacib artırılıb. İddialara görə, yeni müqaviləsində futbolçuya 6 milyon avro ödəniş nəzərdə tutulub. Bunun 3 milyon avrosu maaş, 500 min avrosu sədaqət bonusundan ibarətdir. Həmçinin futbolçu 10 oyuna görə 1 milyon avro əlavə bonus, 20 matça görə 2 milyon avro bonus əldə edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının NEOM klubu “Qalatasaray”a ümumilikdə 50 milyon avro təklif etmişdi. “Qalatasaray” bu məbləğin 10 milyon avrosunu Barış Alper Yılmazı transfer etdiyi “Keçiörengücü”nə ödəniş etməli idi. Lakin “Qalatasaray” təklifi rədd etmişdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button