İdman
"Qalatasaray"a ulduz axını –

“Qalatasaray” “Mançester Siti”nin futbolçusu Manuel Akancini transfer etmək üçün hərəkətə keçib.
AZERFAX.az xəbər verir ki, Türkiyə nəhəngi həm cinah müdafiəçisi, həm mərkəz müdafiəçisi mövqeyində oynaya bilən futbolçu transfer etmək istəyir. Məlumata görə, Akancinin transferi üçün “Qalatasaray” “Mançester Siti” ilə danışıqlar həyata keçirib. Klublar arasında danışıqların yekunlaşmaq üzrə olduğu iddia edilir.
Tərəflər razılaşmaq üzrədir. “Qalatasaray”ın İngiltərə klubuna 15 milyon funt sterlinq + 2 milyon funt sterlinqlik təklif irəli sürüb. “Mançester Siti”nin isə 16 milyon funt + 1 milyon funt sterlin tələb etdiyi iddia edilir.