İdman
“Qızıl top” mükafatının sahibi bəlli oldu – Foto

“France Football” nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi “Qızıl top” mükafatının sahibi bəlli olub. AZERFAX.az xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdə keçirilib. Fransa seçməsinin və PSJ klubunun hücumçusu Uыman Dembele ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Qadınlarda “Qızıl top”a ardıcıl üçüncü dəfə İspaniya yığmasının və “Barselona”nın üzvü Aitana Bonmati layiq görülüb.
“Qızıl top”un təltifetmə mərasimində 2025-ci ilin ən yaxşı gənc futbolçusu da açıqlanıb. Bu ada ikinci dəfə İspaniya millisinin və “Barselona” komandasının üzvü Lamin Yamal layiq görülüb. Ona bu münasibətlə Kopa Kuboku verilib. 18 yaşlı oyunçu ötən il də bu titula sahib çıxmışdı.


