İdman

Qol vurdu, sevinmədi -Osimenə nə olub?

Türkiyənin “Qalatasaray” klubu bu gün rəqib meydanda “Çaykuru Rizespor”u böyük hesabla məğlub edərək liderlik mövqeyini bir qədər də gücləndirdi.

AZERFAX.az xəbər verir ki, meydan sahiblərinin qapısından 3 cavabsız qol keçirən İstanbul təmsilçisi bu qələbə ilə xalını 41-ə çatdırdı. “Galatasaray”ın nigeriyalı ulduzu Viktor Osimenin vurduğu qoldan sonra sevinməməsi matçın ardından ən çox müzakirə edilən məqam oldu. Sosial şəbəkələrin Türkiyə seqmenti hadisəyə biganə qalmadı. Dərhal Viktor Osimenin İstanbulda xoşbəxt olmadığına dair iddialar ortaya atıldı.

Qeyd edək ki, Türkiyənin ən böyük futbol səhifələri də Osimenə geniş yer ayırıb. Azarkeşlər nigeriyalı ulduzun mövsümün sonunda “Qalatasaray”dan ayrılacağını iddia ediblər. Onun bu üzdən kluba əvvəlki qədər qatqı vermədiyi iddia olunub.

Related Articles

Bir cavab yazın

Back to top button