İdman

“Real”ın istədiyi ulduz futbolçu danışdı

“Real Madrid”in transfer siyahısında adı hallanan “Arsenal”ın futbolçusu Bukayo Saka transfer iddiaları barədə danışıb.
AZERFAX.AZ xəbər verir ki, o “Arsenal”da xoşbəxt olduğunu ifadə edib. Futbolçu, “Azarkeşlər məni sevirlər. Bizim yaxşı münasibətimiz var və burada olmaqdan və yalnız qələbəyə diqqət yetirməkdən çox şadam” – deyə bildirib.

Qeyd edək ki, Bukayo Sakanın “Arsenal”la müqaviləsi 2027-ci ildə yekunlaşır. “Arsenal”ın futbolçunu klubda saxlamaq istədiyi deyilir. “Real”ın futbolçunu transfer etməkdə maraqlı olduğu iddia edilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button