İdman

Türkiyə Superliqasında derbi

Futbol üzrə Türkiyə Superliqasının 29-cu turunun mərkəzi oyununda bu gün “Beşiktaş”la lider “Qalatasaray” görüşəcək.

AZERFAX.az xəbər verir ki, İstanbul derbisinin baş hakimi Yasin Kol olacaq.

Superliqada “Beşiktaş” 44 xalla 4-cü pillədədir. Keçirdiyi 27 matçdan 22-də qalib gələn, 5-də isə heç-heçə edən “Qalatasaray” isə 71 xalla vahid liderdir.

Mövsümün ilk dövrəsində “Qalatasaray” “Beşiktaş”ı 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, derbi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button