İdman

Vinisius Junior seçimini etdi

“Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior Səudiyyə Ərəbistanı Pro Liqası klublarının 1 milyard avroluq təklifini nəzərdən keçirə bilər.
AZERFAX.AZ xəbər verir ki, futbolçunun seçimi “Real Madrid”lə müqaviləni uzatmaqdır. Bildirilir ki, futbolçu “Real”la müqaviləsini 2030-cu ilə qədər uzatmağa razılıq verib. Tərəflərin razılıq əldə etdiyi deyilir. Məlumata görə, Vinisiusun “Real”la müqavilə uzatması onun Madriddə qalacağı demək deyil. İddialara görə, futbolçu Səudiyyə Ərəbistanından gələn fantastik təklifi nəzərdən keçirə bilər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pro Liqasından Vinisius Juniora 1 milyard avroluq təklif olduğu iddia edilmişdi. Futbolçuya 5 illik müqavilə təklif edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button