Texnologiya

Bu halda “Whatsapp” mesajları üçüncü şəxslər tərəfindən oxuna bilər

WhatsApp-da yazışmaların məxfiliyi yüksək səviyyədə qorunur, çünki tətbiq “end-to-end encryption” – yəni uçdan-uca şifrələmə texnologiyasından istifadə edir.

Bu o deməkdir ki, mesaj yalnız göndərən və alan şəxs tərəfindən oxuna bilər. WhatsApp, Meta (Facebook), ya da üçüncü tərəflər bu yazışmaları görə bilmir. AZERFAX.az xəbər verir ki, söhbətlər cihazlarda saxlanılır, WhatsApp-ın serverlərində mesaj məzmunu saxlanmır.

Amma Telefonun özü təhlükəsiz deyilsə (yəni viruslu, ya da kiminsə əlindədirsə), bu zaman məxfiliyin qorunması zəifləyə bilər. Bulud ehtiyat nüsxələri (backup) – Əgər siz WhatsApp mesajlarınızı Google Drive və ya iCloud-a ehtiyat nüsxə olaraq saxlayırsınızsa, bu zaman həmin bulud platformaları şifrələmə sisteminə daxil ola bilər. Amma indi bu nüsxələr də əlavə şifrələmə ilə qorunur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button