Texnologiya

“OpenAI” illik gəlirini 10 milyard dollara çatdırdı

OpenAI, süni intellekt ChatGPT chatbotunun istifadəyə verilməsindən sonra illik gəlirini 10 milyard dollara çatdırıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə şirkət nümayəndəsinə istinadən CNBC məlumat yayıb.

Məbləğ ChatGPT-nin istifadəçi versiyasına, korporativ məhsullara ödənişli abunələrin satışı və üçüncü tərəf xidmətlərinə OpenAI texnologiyalarından istifadə etməyə imkan verən tətbiq proqramlaşdırma interfeysi olan API-yə giriş hesabına formalaşır.

2024-cü ildə OpenAI-nin illik gəliri 5,5 milyard dollar olaraq qiymətləndirilib.

CNBC-nin məlumatına görə, şirkət bu tempə çatmaq üçün təxminən 5 milyard dollar xərcləyib. Bugünkü göstəricilərə görə, OpenAI öz gəlirindən təxminən 30 dəfə çox qiymətləndirilib.

Kanal həmçinin bildirib ki, şirkət 2029-cu ilə qədər gəlirini 125 milyard dollara çatdırmağı planlaşdırıb.

Mart ayının sonuna olan məlumata görə, OpenAI həftəlik 500 milyon aktiv istifadəçi və 3 milyon ödənişli korporativ müştərisi olduğunu bildirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button