Texnologiya

“Starlink” Azərbaycana hesabat təqdim etməli olacaq

“Starlink Azerbaijan” MMC fəaliyyətinin müxtəlif aspektlərini əks etdirən hesabat təqdim etməli olacaq.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.
Bildirilir ki, İKTA əməkdaşları ilə “Starlink” şirkətinin nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə “Starlink”in bazara giriş üzrə direktoru Rebeka Hanter və “Starlink Azerbaijan”ın nümayəndələri iştirak ediblər. İKTA rəsmiləri ilk olaraq tənzimləyici qurumun əsas vəzifə və səlahiyyətləri haqqında məlumat veriblər.

Görüşdə peyk telekommunikasiya operatorunun Agentliyə təqdim edəcəyi hesabat formaları, onların təqdim edilməsi qaydaları və digər vacib məsələlər haqqında müzakirələr aparılıb.

Eyni zamanda İKTA-nın fəaliyyəti, Azərbaycan telekommunikasiya mühiti barədə “Starlink” nümayəndələrinin sualları cavablandırılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button