Texnologiya
Süni intellektə sirr vermək olmaz

370000-dən çox Grok AI söhbəti “Google” tərəfindən indeksləşdirilib və əlçatan edilib.
AZERFAX.AZ xəbər verir ki, “Forbes” jurnalında belə məqalə dərc edilib. İddialara görə, istifadəçilər tərəfindən birdəfəlik keçidlər vasitəsilə paylaşılan məlumatlar axtarış nəticələrində müşahidə edilib. Bildirilir ki, söhbətlərdə parollar, münasibət problemləri və hətta narkotik və ya zorakılıq haqqında müzakirələr olub. Qrok yazıların anonim olduğunu iddia etsə də, məlumatlarda şəxsi detallar yer alıb.
Mütəxəssislər süni intellektlə söhbətlərin təhlükəsiz olmadığını və şəxsi məlumatların asanlıqla ifşa oluna biləcəyini bəyan ediblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.