Dünya
25-ci mərtəbədən düşən qız sağ qaldı

Çinin Tanşan şəhərində azyaşlı qız binanın 25-ci mərtəbəsindən yıxılsa da, sağ qalıb.
AZERFAX.AZ Beijing News-a istinadən xəbər verir ki, bu barədə uşağın valideynləri məlumat verib.
Bildirilib ki, hadisə martın 27-də baş verib. Nəticədə azyaşlıya sınıq diaqnozları qoyulub. Azyaşlı bir neçə əməliyyat keçirib və artıq xəstəxanadan evə qayıdıb.
Sağ qalması inanılmaz sayılan “möcüzəli qız” Çinin sosial şəbəkəsində məşhurlaşıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.