Dünya
Biləsuvarda ov tüfəngi ilə həmyerlisinə xəsarət yetirən şəxs saxlanıldı

Bu gün saat 12:45 radələrində Biləsuvar rayonu ərazisində 1983-cü il təvəllüdlü Elməddin Cəfərova ov silahı ilə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan AZERFAX.AZ-a verilən xəbərə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb.
Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib.
Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.