Dünya

BMT-də Ərdoğana qarşı təxribat

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Fələstin məsələsi ilə bağlı keçirilən konfransda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı diqqətçəkən hadisə baş verib.

AZERFAX.AZ xəbər verir ki, Ərdoğanın çıxışının bir hissəsini eşitmək mümkün olmayıb. Ərdoğanın çıxışını zaldakı qonaqlara tərcümə edən tərcüməçilər də Ərdoğanın səsini eşitmədiklərini və buna
görə də tərcümə edə bilmədiklərini ifadə ediblər. Ərdoğanın çıxışı televiziyalar vasitəsilə də canlı yayımlanıb. Eyni problem canlı yayımda da müşahidə edib. Türkiyə mediasının iddialarına görə, məsələ texniki problemdən irəli gəlməyib. Bunun Ərdoğana qarşı təxribat olduğu iddia edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button