Dünya
Bu, 4 aydan sonra ilk dəfə baş verəcək

Ukrayna və Rusiyanın tezliklə yeni bir əsir mübadiləsi aparması gözlənilir. Bu, dörd aylıq fasilədən sonra ilk dəfə olacaq.
AZERFAX.AZ xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam çıxışında bildirib.
Zelenski qeyd edib ki, Əbu-Dabidə ABŞ və Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyəti bugünkü görüş barədə ona məlumat verib. Ukrayna rəsmiləri həmçinin, Amerika tərəfi ilə ayrıca əlaqə saxlayıblar.
“Danışıqların ara nəticələrini bu gün müzakirə etdik. Onlar sabah davam edəcək. Bu da əhəmiyyətli bir addım olacaq. Tezliklə əsir mübadiləsi gözləyirik. Əsirlər evlərinə qaytarılmalıdır”, – deyə Zelenski qeyd edib.



