Dünya

Bu ay 18 gün iş olmayacaq


Bu ay şənbə-bazar günləri də daxil 18 gün qeyri-iş günü olacaq.

AZERFAX.AZ xəbər verir ki, Baş nazirin Qərarına əsasən, 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.


Beləliklə, ölkəmizdə ardıcıl 12 gün – martın 20-dən aprelin 1-dək qeyri-iş günləridir.

1, 2, 8, 9, 15 və 16 mart tarixləri də şənbə-bazara təsadüf etdiyindən mart ayında qeyri-iş günlərinin sayı 18 gün təşkil edəcək.

Qeyd edək ki, martın 30 və 31-i Ramazan bayramı qeyd olunacaq.

Bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button