Dünya
Bu diyarın meri saxlanıldı

Rusiyanın Krasnoyarsk diyarının meri Vladislav Loginov saxlanılıb.
AZERFAX.az Rusiya mediasiyasına istinadən xəbər verir ki, onun nədə ittiham olunduğu barədə dəqiq məlumat yoxdur.
57 yaşlı Loginov 2022-ci il sentyabrın 16-dan mer vəzifəsini icra edir.
2016-cı ildə Krasnoyarskın Sverdlovski rayonunun və Sovetski rayonunun administrasiyasına rəhbərlik edib. 2012-ci ildə “Asfalt-Beton Zavodu” ASC-nin təchizat və kommersiya direktoru vəzifələrində çalışıb. Eyni zamanda o, Krasnoyarsk şəhər təsərrüfatı idarəsinin abadlıq üzrə müavini olub.
2015-2016-cı illərdə Krasnoyarsk administrasiyasının bələdiyyə satınalmaları şöbəsinin rəis müavini postunda işləyib.