Dünya

Çin tariflərə görə ABŞ təyyarəsini geri göndərdi

Tramp administrasiyasının tarifləri artırması səbəbindən Çinin “Xiamen” hava yolları almalı olduğu “Boeing 737 MAX” təyyarəsini geri göndərib.

AZERFAX.AZ xəbər verir ki, ABŞ-nin “Boeing” şirkətinin istehsal etdiyi təyyarə çatdırılmaq üçün Çinə eniş edib. Lakin Çin tərəfi tariflər səbəbilə təyyarənin çox baha olduğunu irəli sürərək, ABŞ-yə geri göndərib. Məlumata görə, təyyarə Sietldəki istehsal mərkəzinə qayıdandan sonra Pekin administrasiyası Amerika şirkətlərindən təyyarə hissələrinin alınmasını dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, sözügedən təyyarə “Boeing”in ən çox satılan modeli olan “737 MAX” seriyasına aiddir. Yeni “737 MAX”ın bazar dəyəri təxminən 55 milyon dollardır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button