Dünya

Çin yeni silah aldı

Çin Mərkəzi Televiziyası elektrik stansiyalarını, elektrik xətlərini sıradan çıxara bilən və təsirlənmiş ərazidə elektrik enerjisinin tam kəsilməsinə səbəb olan silahın işini əks etdirən animasiya videosunu nümayiş etdirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) bəyanat yayıb.
Belə ki, bu silah düşmənin komanda və idarəetmə sistemlərinə təsir göstərərək ən azı 10 min kvadratmetr ərazidə genişmiqyaslı elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.

Silahın adı və növü ilə bağlı təfərrüat açıqlanmayıb. Bunun qrafit bomba və ya raket olduğu ehtimal edilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button