Dünya

Dövlət Departamenti Ukraynaya hərbi texnika verilməsinə razılıq verdi

ABŞ Dövlət Departamenti Kiyev administrasiyasına hərbi texnika və xidmət satışına icazə verib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Pentaqonun nəzdindəki Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyi açıqlama verib. Açıqlamada deyilir ki, Dövlət Departamenti Ukraynaya 330 milyon dollarlıq hərbi texnika və xidmət satışına icazə verib. Açıqlamada qeyd olunub ki, 180 milyon dollarlıq satış Ukraynanın ABŞ istehsalı olan mövcud hava hücumundan müdafiə sistemlərinin saxlanılması və təkmilləşdirilməsi və onlardan istifadəsi üzrə şəxsi heyətin hazırlanmasına dəstək olmaq üçün sərf ediləcək.
150 milyon dollarlıq satış ABŞ istehsalı olan M109 haubitsalarının saxlanması, təmiri və modernləşdirilməsini dəstəkləyəcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button