Fermer torpağında 4 milyardlıq qızıl tapdı

Fransada ferma ərazisində torpaqda 4 milyard avro dəyərində qızıl aşkar edilib. AZERFAX.az xəbər verir ki, bu barədə Fransa mətbuatında məlumat yayılıb.
Məlumata görə, yerli fermer Düpon Auvergne ferma ərazisində tikinti işləri aparakən torpaqda qızıl tapıb. Bundan sonra hadisə yerinə gələn geoloqlar tərəfindən aparılan araşdırmalarda sözügedən ərazidə 150 tondan çox qızılın olduğu müəyyən edilib.
Xəbərə görə, bu, son illərdə Fransada tapılan ən böyük qızıl kəşflərindən biridir.
Rəsmi orqanlar hələ də Düponun torpağında qızıl hasilatına icazə verməyib, ərazidə təbiəti qorumaq üçün araşdırma aparılmasını istəyib. Fransada qızıl yataqlarının istismarı hökumətin yurisdiksiyasına aiddir.
İqtisadi ekspertlər sözügedən qızılın çıxarılmasının yüzlərlə insanı işlə təmin etməklə region iqtisadiyyatına əhəmiyyətli töhfə verə biləcəyini desələr də, ekoloji müdafiəçilər belə bir fəaliyyətin təbiətə mənfi təsir göstərə biləcəyini iddia edirlər. (teleqraf)