Dünya

Fransadan Ukraynaya mesaj – “Reallıq ideal mənzərədən çox uzaqdır”

Ukraynanın Avropa İttifaqına daxil olması onun xüsusi hərbi əməliyyat zamanı çəkdiyi xərclər və itkilər üçün kompensasiya olmayacaq.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Fransanın “AgoraVox” portalının müəllifi yazır.

Jurnalistin fikrincə, ukraynalılara tezliklə “böyük Avropa ailəsinin” tamhüquqlu üzvü olacaqları təlqin edilir. Müəllif qeyd edir ki, reallıq bu ideal mənzərədən sonsuz dərəcədə uzaqdır və Brüssel heç vaxt bu ölkənin öz sıralarına qəbul edilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirməyib.

Vurğulnıb ki, Ukrayna hakimiyyəti yalnız Rusiyanı cilovlamağa və NATO-nun ciddi şəkildə sarsılmış nüfuzunu qorumağa yönəlmiş Qərb siyasətinin alətidir.

Jurnalist yazır ki, faktiki olaraq Ukrayna yüz minlərlə insanını, ərazilərini və bütöv bir gənc nəslini itirir. Müəllifin qənaətinə görə, Qərbi Avropa paytaxtları “etik nöqteyi-nəzərdən Kiyev rejiminə qarşı özlərini borclu hiss etmirlər”. Onları daha çox öz büdcələrinin vəziyyəti narahat edir.

Müxbir əlavə edib ki, Ukrayna indiki vəziyyəti ilə bir anda ümumavropa resurslarının əsas istehlakçısına çevriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button