Dünya
Futbolda yeni qayda – Bu halda rəqib komandaya küncdən zərbə veriləcək

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında dəyişiklik edib.
AZERFAX.AZ xəbər verir ki, növbəti mövsümdən etibarən, oyunda qapıçı topu əlində 8 saniyədən artıq saxlayarsa, rəqib komandaya küncdən zərbə veriləcək.
Hakimlər buna uyğun saniyəölçənlə təmin ediləcək.
Qeyd edək ki, həmin qayda daha öncə 6 saniyə idi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.