Dünya

Gürcüstan ABŞ ilə münasibətləri təmiz səhifədən bərpa etmək istəyir

Gürcüstan hökuməti ABŞ ilə münasibətləri “təmiz səhifə”dən və konkret “yol xəritəsi” əsasında bərpa etmək niyyətindədir. AZERFAX.AZ xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
“Biz ABŞ ilə münasibətləri “təmiz səhifədən” və konkret “yol xəritəsi” ilə bərpa etmək niyyətimizi açıq şəkildə bəyan etmişik. Əsas məsələ odur ki, bu istiqamətdə real və səmərəli addımlar atılsın. Belə yanaşma münasibətlərin yenidən başlanmasına xidmət edir. Biz səbirlə ABŞ tərəfinin mövqeyini gözləyəcəyik”, – deyə Kobaxidze vurğulayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button