Dünya

İmamoğlu hakim qarşısına çıxarıldı – FOTO

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun İstanbul Baş prokuroru Akın Gürlək və ailəsinə qarşı təhdid və təhqir ittihamları ilə bağlı bu gün ilk məhkəmə iclası keçirilib.

AZERFAX.AZ xəbər verir ki, məhkəmə 40 dəqiqə davam edib. Ə.İmamoğlu barəsində irəli sürülən ittihamları rədd edib.
“Mənə baxan türk bayrağını, mənə baxan Mustafa Kamal Atatürkü görür. Məni terrorla bir araya gətirmək absurddur. Ayıbdır, yazıqdır, günahdır. Üç ittihamla bağlı fikrim aydındır. Əlbəttə, mən özümü ali türk məhkəməsinə etibar edirəm. Düşünmək belə istəmirəm ki, istintaq prosesi düzgün aparılmayıb, ifadələr araşdırılmayıb, pis niyyətlə yazılmayıb, amma baş verənlər anlaşılan deyil. Üç ittihamın heç birini qəbul etmirəm”, – bələdiyyə sədri vurğulayıb.

Qeyd edək ki, məhkəməyə İmamoğlunun ailə üzvləri də qatılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button