Dünya
İranda stasionar telefon xidməti də KƏSİLDİ

İranın bəzi yerlərində stasionar telefon xidməti kəsilib. AZERFAX.az xəbər verir ki, bu barədə İranintl.com saytı şahidlərə istinadla əlumat yayıb.
Görünür, stasionar telefonların kəsilməsi 8 yanvar axşamı ölkə miqyasında keçirilən kütləvi etirazlarla əlaqəlidir.
Daha əvvəl İranın hər yerində internet xidmətinin kəsildiyi bildirilirdi. Etirazçılar İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) binasını yandırmışdılar.



