Dünya
İsrail: Müharibə başa çatdı

“İranla atəşkəsə razılaşdıq, amma İsrail istənilən pozuntuya güclə cavab verəcək”.
Teleqraf xəbər verir ki, bu barədə İsrail hökumətindən “Kanal 12“yə bildirilib.
Həmçinin açıqlamada qeyd olunub: “Müharibə bu səhər saat 07:00-da başa çatdı, eskalasiyaya qarşı hərəkət etməkdə davam edəcəyik”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlayıb. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırıb.