Dünya
İstanbulda əldə edilən razılaşma həyata keçirildi

İstanbulda keçirilən danışıqlarda bir sıra məsələlərdə razılığa gələn Rusiya və Ukrayna bu razılaşmaları həyata keçirməyə davam edir.
AZERFAX.AZ xəbər verir ki, razılaşmalara əsasən Rusiya və Ukrayna hərbi əsir mübadiləsi həyata keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Nazirliyin bəyanatında deyilir ki, İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq, bir qrup rus əsgəri Kiyev rejiminin nəzarətində olan ərazidən qayıdıb. Bunun müqabilində bir qrup Ukrayna əsgəri təhvil verilib.
Müdafiə Nazirliyi Rusiya əsgərlərinin hazırda Belarusda olduğunu və onlara lazımi psixoloji və tibbi yardım göstərildiyini bildirib. Ardınca rus əsgərləri Rusiyaya aparılacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.