Kremldə Putin-Uitkoff görüşü başa çatdı.

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən görüş başa çatıb. Görüş 3,5 saatdan çox davam edib.
AZERFAX.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
00:37
Rusiya Prezidenti Vladimir Putin Moskvaya səfər edən ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və amerikalı sahibkar Cared Kuşnerlə görüş keçirir.
AZERFAX.az xəbər verir ki, bu barədə TASS Rusiya Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, görüşün əsas mövzusu Ukrayna böhranının nizamlanmasıdır. Bununla yanaşı, tərəflərin Rusiyanın “Sülh Şurası”na dəvət olunması məsələsini, eləcə də ABŞ-də əvvəlki administrasiya dövründə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin taleyini müzakirə etməsi planlaşdırılır.
Görüşdə həmçinin Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edirlər.
Qeyd edək ki, bu, Stiven Uitkoffun Kremlə sayca yeddinci səfəridir. Görüş Ukrayna məsələsi üzrə aparılan danışıqlar fonunda baş tutur.



