Dünya
Lavrov Xəzəryanı dövlətlərin diplomatik missiyasının rəhbərləri ilə görüşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin dörd diplomatik missiyasının rəhbərləri ilə görüş keçirib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya KİV XİN-ə istinadən bildirir.
“Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin dörd diplomatik missiyasının rəhbərləri ilə illik görüş keçirib. Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” çərçivəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsi ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparılıb”, – məlumatda deyilir.
Bundan başqa, tərəflər Xəzəryanı dövlətlər formatında ali və yüksək səviyyəli görüşlərə hazırlığı müzakirə ediblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.