Dünya

Lukaşenko Çin dilini öyrənməyin SİRRİNİ AÇDI

Belarus Prezidenti Aleksandr Lukaşenko Çin dilini uğurla öyrənməyin sirrini açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Belarus lideri, Çin-Belarus sənaye parkı olan “Böyük Daş”ın administrasiyasının rəhbəri Tatyana Xarlapla söhbət zamanı Çin Xalq Respublikasının sədri Si Cinpinin sözlərini xatırladıb.

“O deyirdi ki, Çin dilini öyrənmək üçün ən əsas məsələ ondan qorxmamaqdır. Mən onun bu sözlərini yaxşı xatırlayıram: bu dildən qorxmaq lazım deyil”, – deyə Lukaşenko bildirib.

Onun fikrincə, Çin dilini öyrənərkən heroqlifləri yazmaq üçün müəyyən mənada rəssam olmaq da vacibdir.

Bundan əvvəl Aleksandr Lukaşenko Qərb ölkələrinin liderlərini Çin Xalq Respublikasının sədri Si Cinpindən nümunə götürməyə çağırmışdı. Onun sözlərinə görə, Çini Qərbdən fərqləndirən əsas cəhət digər ölkələrə hörmətlə yanaşmaqla sülh yolu ilə inkişaf imkanını nümayiş etdirməsidir.

Related Articles

Bir cavab yazın

Back to top button