Dünya

Mahmud Abbas HƏMAS-la bağlı mövqeyini açıqladı

“Fələstinin “HƏMAS” radikal qruplaşması Qəzza zolağının idarə olunmasında heç bir rol oynamayacaq”.

AZERFAX.az xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yaxın Şərq sülh prosesi üzrə yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, “HƏMAS” və digər qruplar silahlarını Fələstin Milli Administrasiyasına təhvil verməlidir.

“Fələstin Milli Administrasiyası silahsız, qanuni təhlükəsizlik qüvvələri ilə vahid dövlət yaratmağa çalışır”.

Fələstinin FƏTH və HƏMAS hərəkatları arasında Misirin vasitəçiliyi ilə Qəzzada müharibədən sonrakı idarəçiliklə bağlı danışıqlar illərdir aparılır. Ən son danışıqlar 2-4 noyabr 2024-cü il tarixlərində Qahirədə baş tutub.

Bu danışıqlardan sonra ümumi Fələstin milli konsensus hökuməti formalaşana qədər zolağını idarə etmək üçün məsul olan müvəqqəti qurumun yaradılması qərara alınıb. Bu struktur “İctimai Dəstək Komitəsi” adlandırılıb.

Misir mənbələrinə görə, bu qurum Fələstin prezidenti Mahmud Abbasın fərmanı ilə yaradılıb və onun tərkibinə qəzzalı olan, lakin heç bir siyasi partiyaya bağlı olmayan müstəqil nümayəndələr daxildir. (report.az)

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button