Dünya

Moskvaya böyük PUA hücumu: Ölən və yaralananlar var

Rusiyanın paytaxtı Moskvaya qarşı indiyə qədərki ən böyük PUA (pilotsuz hava vasitəsi) hücumlarından birinin edildiyi açıqlanıb.

AZERFAX.az xəbər verir ki, hücumlar nəticəsində azı bir mülki şəxs ölüb, üç nəfər yaralanıb.

Moskva meri Sergey Sobyanin qeyd edib ki, Moskva yaxınlığında və regionda yüzlərlə döyüş pilotsuz təyyarəsi vurulub. Mer, həmçinin hava hücumundan müdafiə qüvvələrinə, Aerokosmik Qoşunlara və Müdafiə Nazirliyinə əla işlərinə görə minnətdarlığını bildirib.

Sobyanin Telegram vasitəsilə verdiyi açıqlamada, “Moskvada bir binanın damı vurulan PUA-nın dağıntıları nəticəsində zədələnib” deyib.

Rəsmi məlumatlara görə, qurbanların sayı beş, qeyri-rəsmi məlumatlara görə səkkiz nəfərdir. Həmçinin Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski hava limanlarında məhdudiyyətlər tətbiq edilib.

AZERFAX.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button