Dünya
Moskvaya irimiqyaslı hücum – Partlayış səsləri eşidilir

Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.
AZERFAX.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
“Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi Moskvaya pilotsuz təyyarələrin hücumunu dəf edir”, – Sobyanin teleqram kanalında yazıb.
O, həmçinin vurğulayıb ki, bütün fövqəladə xidmətlər yerindədir.