Dünya

Niyə Tramp “Tesla”nı heç vaxt sürə bilməyəcək?

ABŞ Prezidenti Donald Tramp tərəfdaşı və “Tesla” brendinin yaradıcısı, milyarder İlon Maskdan avtomobili alıb.

AZERFAX.az xəbər verir ki, bu barədə “Mirror” nəşri yazır .

Amma ABŞ lideri avtomobilin sükanı arxasına keçə bilməyəcək.

Məlum olub ki, Tramp avtomobili dostuna “dəstək olmaq və ona etibarını nümayiş etdirmək üçün” alıb. Amerikalı siyasətçi həqiqətən də maşını sürməyə ümid edib, lakin buna icazə verilməyiblər.

Məsələ burasındadır ki, ABŞ prezidentlərinin əməl etməli olduğu ciddi qaydaya görə, onlar avtomobil idarə edə bilməzlər.

D.Tramp deyib: “Onu aldım, çünki yaxşı məhsuldur. Bundan yaxşısı yoxdur. Elon Mask enerjisini və həyatını buna həsr edib… Pis xəbər isə odur ki, mənə maşın sürməyə icazə verilmir”.

Bu, qeyri-rəsmi qayda təhlükəsizlik baxımından prezidentləri sürücü oturacağından kənarda saxlamaq məqsədi daşıyır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button