Dünya

Putin: “Kiyevin bu raketlərdən istifadə etməsi Moskva ilə Vaşinqton arasında münasibətlərə mənfi təsir göstərəcək”

“Tomahawk” raketləri müasir olmasa da, hələ də güclüdür. AZERFAX.az Rusiya mediasına istinadən xəbər verir ki, Amerika raketləri ilə bağlı bu cür qiymətləndirməni Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun 22-ci illik iclasının plenar iclası zamanı verib:

“Tomaqavklara gəlincə, onlar güclü silahlardır. Düzdür, onlar tam müasir deyillər, lakin güclüdürlər və təhlükə yaradırlar”, – deyə Rusiya lideri qeyd edib.

Eyni zamanda Rusiya lideri vurğulayıb ki, Ukraynaya “Tomahawk” raketlərinin mümkün tədarükü döyüş meydanındakı vəziyyəti dəyişməyəcək. Bununla belə, Rusiyanın dövlət başçısının qeyd etdiyi ki,  Kiyevin bu raketlərdən istifadə etməsi Moskva ilə Vaşinqton arasında münasibətlərə mənfi təsir göstərəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button