Dünya
Qəzzada ölənlərin yeni sayı açıqlandı

İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həlak olanların sayı 54 min 418, yaralıların sayı isə 124 min 190-a yüksəlib.
AZERFAX.AZ xəbər verir ki, Fələstinin Səhiyyə Nazirliyi 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumlarda ölənlərin sayı ilə bağlı son rəqəmlər açıqlayıb.
Açıqlamada Qəzza zolağında son 24 saatda 37 cəsədin və 136 yaralının xəstəxanalara gətirildiyi, cəsədlərdən 5-nin İsrailin əvvəlki hücumlarında dağıntılar altında qalan mülki şəxslərə aid olduğu bildirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.