Dünya

“Qiyamət saatı”nı bu vaxta “təyin etdilər”

Alimlər “Qiyamət saatı”nı gecə yarısına 85 saniyə qalmış vəziyyətə gətiriblər.

AZERFAX.AZ xəbər verir ki, bu yeniləmə saatın indiyədək gecə yarısına ən yaxın mövqeyə təyin edildiyini göstərir.

“Qiyamət saatı”nda gecə yarısı bəşəriyyətin Yer kürəsini yaşanmaz hala gətirəcəyi anı simvolizə edir.

Atom Alimləri Bülleteni iqlim böhranı, nüvə müharibəsi riski və süni intellektin nəzarətsiz istifadəsi kimi qlobal təhlükələri əsas gətirərək, saatın irəli çəkildiyini açıqlayıb.

Bildirilib ki, dünya insan fəaliyyəti nəticəsində yaranan fəlakətlərə tarixdə heç olmadığı qədər yaxınlaşıb.

Qeyd edək ki, “Qiyamət saatı” ilk dəfə 1947-ci ildə Atom Alimləri Bülleteni tərəfindən yaradılıb. Təxminən 80 il sonra saatın 85 saniyəyə endirilməsi bu göstəricinin ən kritik səviyyəyə çatdığını ortaya qoyur. Ötən il “Qiyamət saatı” gecə yarısına 89 saniyə qalmış vəziyyətdə idi. (Qafqazinfo)

Related Articles

Bir cavab yazın

Back to top button