Dünya

Qonşu ölkədə 3 günlük matəm elan olundu

Amur vilayətində təyyarə qəzası qurbanlarının xatirəsinə üç günlük matəm elan olunub.

AZERFAX.AZ milli.az-a istinadən xəbər verir ki, Rusiyanın Amur vilayətində baş verən ağır təyyarə qəzası ilə bağlı iyulun 25-dən 27-dək üç günlük matəm elan edilib.
Vilayət qubernatoru Vasili Orlov bu barədə özünün Telegram kanalında məlumat verib. O, qeyd edib ki, matəm günlərində Amur vilayətinin bütün ərazilərində dövlət bayraqları endiriləcək:

“Qurbanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bütün region sizinlə birlikdə yas tutur”.

Xatırladaq ki, Xabarovsk-Blaqoveşensk-Tynda marşrutu üzrə hərəkət edən An-24 təyyarəsi Tynda hava limanına eniş etməyə çalışarkən ikinci cəhd zamanı radarlardan itib. Sonradan qalıqları hava limanından 15 kilometr aralıda aşkar edilib.Təyyarədə 7-si uşaq olmaqla 48 nəfər olub. Uşaqlardan 3-ü 1-2 yaş arası qız, 4-ü isə 6-13 yaş arası oğlan idi. Qəza nəticəsində sağ qalan olmayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button