Dünya

Qrenlandiyada rekord istilər qeydə alındı

Dünyanın ən böyük adası olan Qrenlandiyadakı buz təbəqəsinin son istilər zamanı orta hesabla 17 dəfə daha intensiv əridiyi açıqlanıb.

AZERFAX.AZ xəbər verir ki, meteoroloji hadisələri araşdıran “World Weather Attribution” təşkilatı Qrenlandiyanın buz təbəqəsinin hazırkı vəziyyəti ilə bağlı araşdırma dərc edib. Açıqlamaya görə, Qrenlandiyada may ayında rekord istilər qeydə alınıb. Qrenlandiyada belə yüksək temperaturun 100 ildə bir dəfə təkrarlana biləcəyi qeyd edilib. İsti dalğaların İslandiya və Qrenlandiya kimi soyuqlara uyğunlaşan ərazilər üçün fəsadları ola biləcəyi irəli sürülüb. Bildirilib ki, Qrenlandiya və İslandiyada infrastruktur soyuq hava üçün qurulub, yəni isti dalğası zamanı buzların əriməsi fəsadlara səbəb ola bilər.
Qeyd edək ki, dünyanın ən böyük adası kimi tanınan və 2,16 milyon kvadrat kilometr ərazini əhatə edən Qrenlandiya Arktika bölgəsində yerləşir. Adada orta temperatur yayda 10 dərəcə selsi, qışda isə mənfi 10 dərəcədir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button